Kutaisidə meriya binasından jurnalistlərin avadanlıqlarını oğurlamaqda təqsirləndirilən şəxs saxlanılıb
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Kutaisidə “Pirveli TV ” və “Mtavari”nin jurnalistlərinə məxsus avadanlıqların oğurlanması ilə bağlı bir nəfər saxlanılıb.

Agentlik oğurlanmış avadanlıqların hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən sübut kimi tamamilə götürüldüyünü açıqlayıb.

Oğurluq faktı ilə bağlı Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə araşdırma aparılır.

Bu gün səhər saatlarında Kutaisi meriyasının media mərkəzi qarət edilib. İlkin məlumata görə, oradan noutbuk və fotoaparat oğurlanıb.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
თეგები: kutaisi Meriya Oğurluq
FaceBook Twitter Google