Marneulidə Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş tədbir keçirildi (FOTO)
Bu gün, 19 oktyabr tarixində Marneulidə fəaliyyət göstərən "Azərbaycan Evi"ndə (keçmiş adı AtaHolding) Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin üzvləri, TİKA təşkilatının nümayəndələri, gənclər və dəvət olunmuş qonaqlar iştirak edirdilər. Görüşü giriş sözü ilə "Azərbaycanlıların İnteqrasiya Mərkəzi"nin icraçı direktoru Orxan Pirverdiyev açaraq qonaqları və tədbir iştirakçılarını salamladı. O, tədbir iştirakçılarına Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı məlumat verdi.

Daha sonra çıxış üçün sözü Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin üzvü Vüsal Məmmədova verdi. O, çıxışında Azərbaycan müstəqilliyini necə əldə etdiyini və hansı çətin şəraitdə qoruyub saxladığı haqda danışdı. Məmmədov ikinci Qarabağ müharibəsindən də danışdı və Azəbaycanın qələbəsi haqda iştirakçılara məlumat verdi. O, bildirdi ki, ikinci Qarabağ müharibəsi zamanı Azərbaycan öz qanı bahasına ərazilərini bərpa etdi.

Tədbirdə Qarabağ müharibəsi zamanı dünyasını dəyişmiş şəhidlərin ruhları bir dəqiqəlik sükutla yad edildi.

Görüşün növbəti hissəsində "Vətəndaşların hüquqları və etnik azlıqların ictimai fəallığı" haqında seminar da keçirildi. Seminarı Əli Bədirov və Orxan Pirverdiyev təqdim etdi. Onlar vətəndaş hüquqları və ictimai fəallıq haqda tədbir iştirakçılarına məlumat verdilər.

Görüş müzakirə formasında davam etdi.


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print ელ. ფოსტა
თეგები: Azərbaycan Diaspor Gürcüstan Marneuli
FaceBook Twitter Google