Badımcan qabıqları olduqca faydalı antioksidant maddələrlə
(antosian, resveratrol, nasunin) zəngindir.
Bu antioksidantlar orqanizmdə gedən qocalma proseslərini ləngidir,
orqanizmi hüceyrə səviyyəsində qoruyur.
Badımcan qabıqlarında olan antioksidantlar aterosklerozla
mübarizədə ən yaxşı təbii vasitələrdən biridir. Ateroskleroz zamanı
damarların daxilində xolesterin (yağa oxşayan maddə) yığılır.
Nəticədə damarlar daralır, onların elastikliyi pozulur. Bu isə
hipertoniya, stenokardiya, infarkt və s. ürək-damar sistemi
xəstəliklərinin
inkişafına səbəb olur.
Ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkənlərə badımcan
qabıqlarının dəmləməsi çox yaxşı kömək edə bilər. Bu dəmləmə
aterosklerozun inkişafını ləngidir, hipertoniya zamanı yaxşı kömək
edir.
Dəmləmənin hazırlanması:
1 orta ölçüdə badımcan soyulur, qabıqları doğranılır, axşamdan
termosda 250 ml qaynar suda dəmlənilir, növbəti gün ərzində içilir.
Dəmləməni 3-4 hissəyə bölün və qida qəbulundan 20 dəqiqə əvvəl
için. Müalicə kursu - 1 ay. Sonra 1 ay fasilə verin və yenə
təkrarlayın.
Bu dəmləmə həmçinin şəkərli diabetdən əziyyət çəkələrə də
faydalıdır - qanda şəkərin səviyyəsini tənzimləyir.
Bundan əlavə bu dəmləmə orqanizmə şişəleyhinə təsir edir.
Mənbə: Saglamolun.Az