Dodaqların böyüdülməsi, filer – Marneuli salonlarında ən çox tələb oluna prosedurlar
Marneulində Rustaveli küçəsində çox sayda gözəllik salonuna rast gələ bilərsiniz. Saç kəsmək, makiaj və saç ütülənməsindən əlavə estetik mərkəzlər indi daha fərqli xidmətər təklif edirlər. Özünə qulluq prosedurları Marneulidə son dövrlərdə aktual və tələbatlı olub. İynə kosmetelogiyası, sifətin dərindən təmizlənməsi, pilinq, permament makiaj, kirpiklərin uzadılması/laminasiya, saprlarla liptinqlər, filer və botoks – bunlar Marneulidə estetik mərkəzlərə çox adamın getdiyi prosedruların siyahısıdır. Estetik tibb həkimi Mariam-Tamar Miladze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, əsasən piqment ləkə problemlərinə görə onlara müraciət edirlər.

“Müraciət düşündüyümüzdən də çoxdur. Marneulinin timsalında bir neçə problem də aşkarlandı. Əsasən bizə müraciət edənlər qadınlardır və demək olar, 90% piqment ləkələr narahat edir, yəqin günəş şüalarından, yanlış qulluq göstərmə prosesindən yaranır. Mezoterpaiyaya, ləkələrə qarşı müalicəyə, təmizləməyə, filerə, botoks ineksiyasına, saprlarla liftinqə tələbat var. Tez-tez güzəşt şərtlərimiz olur. Bir halda ki, bu regiondur və müvafiq olaraq əhalinin büdcəsindən irəli gələrək qiymətlərin də uyğun omasına çalışırıq. Məsələn, birdəfəlik kurs olaraq təmizləmə, pilinq və üç ineksiya porsedurları və s., hamısını 400 lariyə edə bilərlər. Xərcləri minimuma endirimişik ki, əhali yararlana bilsin.”

Bir neçə məktəb nümayəndəsi “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, əksər hallarda həddi-büluğa çatmamış şəxslər dodaq formasının dəyişdirilməsi və filer tələbi ilə onlara müraciət edirlər. Prosedurların aparılması üçün həddi-büluğa çatmamış şəxslər valideynləri ilə gedirlər, ancaq onları qəbul etmirlər. Mütxəssisin sözlərinə görə, həddi-büluğa çatmamış şəxsin sifətinin modelləşdirilmə prosedurlarını aparmaq yalnız tibbi ehtiyac olan halda tövsiyə olunur.

Xarici mənbələrə görə, erkən yaşda dəri hələ də sifət quruluşunu formalaşdırmağa davam edir. Hansısa əlavə etmək isə ola bilsin xoşagəlməz nəticələrə aparıb çıxarsın. Məsələn, İngiltərədə bu kimi prosedurların aparılması 18 yaşa qədər olan şəxslərə qadağandır. Bunun bir neçə səbəbi var. Onlardan biri istəmədən bədənə ziyan vurulmasıdır.

Print ელ. ფოსტა
თეგები: Estetik Marneuli Tibb
FaceBook Twitter Google
მსგავსი სიახლეები