Gürcüstanla xarici ticarət dövriyyəmizin həcmi 959,6 mln. dollara çatıb
Bu ilin yanvar-sentyabr ayları ərzində Gürcüstanın Azərbaycanla xarici ticarət dövriyyəsinin həcmi 959,6 milyon ABŞ dollarına çatıb.

Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub. Bildirilib ki, bu göstərici ötən illə müqayisədə 169 milyon dollar və ya 21,3% çoxdur.

Hesabat dövründə Gürcüstan Azərbaycandan 471 milyon ABŞ dolları dəyərində mal və məhsullar idxal edib. Bu göstərici ötən illə müqayisədə 80,5 milyon dollar və ya 20,6% çoxdur. Cari ildə Azərbaycandan idxal Gürcüstanın ümumi idxalının 5%-ni təşkil edib. Ötən ilin analoji dövründə isə Gürcüstan Azərbaycandan 390,5 milyon dollar dəyərində mal və məhsullar idxal edib.

Bu ilin ilk 9 ayı ərzində Gürcüstanın Azərbaycana ixracı isə illik ifadədə 22,1% və ya artaraq 488,6 milyon dollar təşkil edib. Bu il Gürcüstanın ümumi ixracının 11,9%-i Azərbaycanın payına düşüb. Ötən ilin ilk 9 ayında isə Gürcüstan Azərbaycana cəmi 400,1 milyon dollarlıq mal və məhsullar ixrac edib.

Beləliklə, cari ildə Gürcüstanın Azərbaycanla xarici ticarət dövriyyəsində 17,6 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da illik ifadədə 1,8 dəfə çoxdur.

Mənbə: apa.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google