Bu il Azərbaycanda qanunsuz narkotik satışı ilə bağlı 8 Gürcüstan vətəndaşı saxlanılıb
Bu il Azərbaycanda qanunsuz narkotik satışı ilə bağlı 74 əcnəbi saxlanılıb.

Bu barədə Azərbaycan Respublikasının rəqəmlər Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2022-ci ilin yanvar-sentyabr aylarının yekununa dair məlumatda öz əksini tapıb.

Bildirilib ki, bu ilin 9 ayında narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 6 249 nəfər cəlb edilmişdir
ki, onlardanda 6079-u kişi, 170-i qadın olub.

Cinayət məsuliyyətinə cəlb edilən şəxslərdən 74 nəfəri xarici ölkə vətəndaşıdır. Məsuliyyətə cəlb edilən 74 xarici ölkə vətəndaşından 36-sı İran, 8-i Gürcüstan, 10-u Türkiyə, 2-si Türkmənistan, 1-i Qırğızıstan, 1-i Pakistan, 2-si Ukrayna , 1-i Maldiv və 13-ü Rusiya vətəndaşı olub.

Xarici ölkə vətəndaşlarından ümumilikdə 1 ton 039 kq 686,303 qr və 4 178 həb müxtəlif növ narkotik vasitə və psixotrop maddələr, habelə 16 759 ədəd narkotik tərkibli çətənə bitkisi götürülüb.

Mənbə: report.az
Print ელ. ფოსტა
თეგები: Azərbaycan Gürcüstan həps narkotik
FaceBook Twitter Google