Xancığazlı, Aşağı Qullar və Xutor-Lejbəddində qəbiristanlıqların ətrafına hasar çəkiləcək
Marneuli bələdiyyəsinin Xancığazlı, Aşağı Qullar və Xutor-Lejbəddin kəndlərində qəbiristanlıqların ətrafına hasar çəkiləcək. İşlər kəndə dəstək proqramı çərçivəsində həyata keçiriləcək. Bunun üçün 37 525 lari xərclənməsi planlaşdırılır. Marneuli meriyası işləri yerinə yetirmək üçün hökumət tərəfindən verilmiş hüquqdan faydalanıb və həmin hüquq çərçivəsində sadələşdirilmiş qaydadan istifadə edib.

“Gürcüstan dövlət büdcəsi ilə nəzərdə tutulmuş Gürcüstanın regionlarında həyata keçiriləcək layihələr fondundan, kəndə dəstək proqramının həyata keçirilməsinə qoşulmuş bələdiyyələrə razılıq verilib. Razılığa görə, vahid alqı-satqı, həmin proqram çərçivəsində alınacaq tikinti materialları, işlər və həmin işlər üçün lazımı smeta sənədləri hazırlanması üçün dövlət alqı-satqısı ümumilikdə 50 416 797 lari çərçivəsində, sadələşdirilmiş alqı-satqı vasitəsi ilə həyata keçirilməlidir”,
– hökumətin qərarında yazılıb.

Qəbiristanlıqların hasarlanması işlərini “Merkuri” MMC Xancığazlı kəndində 11 235,52 lariyə, Xutor-Lejbəddində 11 235,52, Aşağı Qullarda isə 15 054,38 lariyə həyata keçirəcək.

Print ელ. ფოსტა
თეგები: Büdcə Marneuli Bələdiyyəsi
FaceBook Twitter Google