Kutaisi Mətbuat Evinin keçmiş binası hərracda satılıb
“Biznesiniz üçün 100 investisiya təklifi” Dövlət Proqramı çərçivəsində İqtisadiyyat Nazirliyinin Dövlət Əmlakı Milli Agentliyi tərəfindən Kutaisi şəhəri, Rustaveli prospekti N37a ünvanında yerləşən 2845,00 kv.m. camaat arasında Mətbuat Evinin keçmiş binası kimi tanınan torpaq sahəsi və tikililər elektron hərracda satılıb.

Hərrac yüksək rəqabət şəraitində keçirilib və 154 kvadratmetrlik daşınmaz əmlak fiziki şəxs Mixeil Çubinidze tərəfindən 3 milyon 145 min lariyə alınıb.

Qeyd edək ki, sürətləndirilmiş özəlləşdirmə çərçivəsində daşınmaz əmlak dəfələrlə hərraca çıxarılıb və onun ilkin özəlləşdirmə dəyəri 1 605 000 lari olub.

Xatırladırıq ki, sözügedən obyekt sonuncu dəfə bu ilin avqust ayında satılsa da, hərrac baş tutmayıb. Lotun özəlləşdirmə dəyəri 2 407 500 lari təşkil edib.

Cari ildə özəlləşdirmədən cəlb edilmiş vəsaitlərin ümumi həcmi 219 622 980 milyon lari təşkil edib ki, bu da əvvəlki illərin özəlləşdirmə məlumatlarını üstələyir. Dövlət əmlakının özəlləşdirilməsi prosesi mümkün qədər şəffaf və hər kəs üçün əlçatandır. Bütün maraqlı şəxslər elektron hərraclarda bürokratik prosedurlar olmadan iştirak etmək və qısa müddətdə dövlət sərvətinin sahibi olmaq üçün bərabər imkanlara malikdirlər.

Mənbə: BPN
Print ელ. ფოსტა
FaceBook Twitter Google