“Vake parkı” işi üzrə həbs edilən 9 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib
“Vake parkı” işi üzrə həbs edilən 9 nəfər barəsində Tbilisi Şəhər Məhkəməsinin hökmü ilə həbs qətimkan tədbiri seçilib. Qərar oktyabrın 20-nə keçən gecə elan edilib.

Oktyabrın 18-də Daxili İşlər Nazirliyi adıçəkilən şəxslərin saxlanılması barədə məlumat yayıb.

Onların arasında parkın fəvvarəsinin reabilitasiya işlərində iştirak edən “Greenservice Plus” şirkətinin direktoru Laşa Purtsvanidze və Tbilisi meriyasının Şəhər Xidmətinin
rəis müavini Qiorqi Vaxtanqaşvili də var.

Fəvvarənin bərpa işlərinin yoxlanılmasına cavabdeh olan “Mşen-ekspert”in nümayəndələri də saxlanılıb.

Oktyabrın 19-da prokurorluq tərəfindən saxlanılan şəxslərə qarşı xidməti və istehsalat laqeydliyi, iş zamanı təhlükəsizlik qaydalarını pozma və nəticədə insan tələfatına səbəb olma, saxta rəsmi sənəd hazırlama, hazırlamağa təhrik etmə, istifadə etmə və şifrələmə faktları üzrə ittiham irəli sürülüb.

Həm “Greenservice Plus”, həm də “Mshen-expert” əməkdaşlarının vəkilləri qeyd ediblər ki, onların himayəsində olan şəxslər təqsirini etiraf etmirlər.

Bu il oktyabrın 13-də 13 yaşlı iki oğlan yeni açılan fəvvarə düşən topu götürmək üçün fəvvarəyə daxil olub və onları elektrik cərəyanı vurub.

13 yaşlı Marita Meparişvili elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişən dostlarına kömək etmək üçün suya girib və onu da elektrik cərəyanı vurub, Maritanın həyatını xilas etmək mümkün olmayıb.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google
«« ოქტომბერი 2024 »»
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 123