Tbilisi-Bakurtsixe-Laqodexi avtomobil yolunun tikintisi ilə əlaqədar vətəndaşlar məcburi şəkildə daşınmaz əmlaklarından məhrum ediləcəklər
Tbilisi-Bakurtsixe-Laqodexi (Azərbaycan Respublikasının sərhədi) avtomobil yolunun (Saqareco dolama yolu) hissəsinin (Lot 2) tikintisi ilə əlaqədar Avtomobil Yolları Departamentinə vətəndaşların daşınmaz əmlakının özgəninkiləşdirilməsi (zorla zəbt edilməsi) hüququ verilib.

Layihə yolun 2-ci Lotunun ümumi uzunluğu təqribən 8 km-dir. Saqareco bələdiyyəsinin əsas yaşayış məntəqələrindən - Saqareco şəhərini və kəndləri: Xaşmi, Patardzeuli, Ninotsminda, Karsostova, Qiorqitsminda və Toxliauridən keçir.

İqtisadiyyat nazirinin əmrində
qeyd olunduğu kimi, layihənin həyata keçirilməsi məqsədilə idarənin əmri ilə torpaqların alqı-satqısı və köçürülməsi üzrə tədbirlər planı hazırlanmışdır ki, bu planda əmlakın dəyərinin ödənilməsi və mülkiyyətçilərə kompensasiya vəsaitlərinin verilməsi məsələsi yer alıb.

Lakin aparılan danışıqlara baxmayaraq, Saqareco bələdiyyəsinin Toxliauri kəndində yerləşən Davit Cinçaradzeyə məxsus torpaq sahələrinin bir hissəsinin və oradakı tikililərin və çoxillik bitkilərin alınması ilə bağlı razılıq əldə olunmayıb. Müvafiq olaraq, sözügedən əmlak özgəninkiləşdirməyə məruz qalıb.

Mənbə: BPN
Print ელ. ფოსტა
თეგები: Tbilisi-Bakurtsixe-Laqodexi Yol
FaceBook Twitter Google