Polşada yol-nəqliyyat hadisəsi zamanı iki Marneuli və bir Qardabani sakini dünyasını dəyişib (VİDEO)
Polşanın Poznan şəhəri yaxınlığında yol-nəqliyyat hadisəsi zamanı 3 Gürcüstan vətəndaşı dünyasını dəyişib. Onlardan iki nəfəri Marneulilidir – biri Baydar kənd sakini Könül Balagözova, digəri isə 22 yaşlı Əzizkənd sakini Əli Abdullayevdir.

Dünyasını dəyişən üçüncü şəxs isə Qardabani bələdiyyəsinin Birlik kəndinin sakinidir.

Məlumata görə, hadisə 21 oktyabr tarixində saat 17:30 radələrində mikroavtobusla yük maşınının toqquşması nəticəsində baş verib.

3 nəfərin ölümü ilə nəticələnən qəzada 5 nəfər ağır yaralanıb.

Xəsarət alanlar hadisədən dərhal sonra Polşanın Tibbi Hava Xilasetmə Xidmətinə məxsus helikopter vasitəsi ilə Poznandakı xəstəxanalara yerlerləşdiriliblər.


Print ელ. ფოსტა
თეგები: Marneuli Polşa Qardabani Qəza
FaceBook Twitter Google