Balın ixracı artır - Gürcüstan balı harada satılır?
Gürcüstandan bal ixracı artıb. Bu il Gürcüstandan 705 min dollar dəyərində bal ixrac edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 62% çoxdur.

Əsas ixrac bazarı ixracın 45%-ni təşkil edən Fransadır. Bundan başqa, Gürcüstandan gətirilən təbii bal Fransada ikinci yerdə olan Bolqarıstandan baha satılıb. Ümumilikdə xaricə 165,4 ton bal
ixrac edilir.

Gürcüstanın bal ixrac bazarları / 2022-ci ilin 9 ayı

1. Fransa - 319,2 min dollar
2. Bolqarıstan - 255,95 min dollar
3. İsrail - 61,6 min dollar
4. Birləşmiş Ərəb Əmirlikləri - 18,4 min dollar
5. Yaponiya - 16,3 min dollar
6. Səudiyyə Ərəbistanı - 14,9 min dollar
7. Almaniya - 5,6 min dollar
8. Ermənistan - 3,9 min dollar
9. Avstriya - 3,3 min dollar
10. Kanada - 2,3 min dollar


Gürcüstandan bal ixracı 2020-ci ildən artıb. Əgər 2019-cu ildə xaricə 69,5 min dollarlıq bal ixrac edilibsə, 2020-ci ildə 1,7 dəfə artıb.

İllər üzrə bal ixracı:

1. 2019 - 69,5 min dollar
2. 2020 - 122,5 min dollar
3. 2021 - 657,3 min dollar
4. 2022-ci ilin 9 ayı - 705,05 min dollar


Mənbə: BM
Print ელ. ფოსტა
თეგები: Bal Gürcüstan
FaceBook Twitter Google