İlham Əliyev bu gün Gürcüstana səfər edəcək
Bu gün, 24 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstana işgüzar səfərə edəcək. Məlumatı Gürcüstan Baş nazirinin mətbuat xidməti yayıb.

Məlumata görə, Azərbaycan Respublikasının Prezidentini Gürcüstanın Baş naziri İrakli Qaribaşvili qəbul edəcək.

Hökumət administrasiyasından verilən məlumata görə, Şota Rustaveli adına Tbilisi beynəlxalq hava
limanında İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçiriləcək.

Bu gün Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Çatto Muxran”da mətbuata birgə bəyanatlarla çıxış edəcəklər.



Print ელ. ფოსტა
FaceBook Twitter Google