Gürcüstanın qərbində yağan güclü qar ciddi problemlər yaradıb
Gürcüstanın qərb bölgəsində yağan güclü qar ciddi problemlərə səbəb olub. Qar uçqunu, sürüşmə və yolların buz bağlaması səbəbindən bəzi magistral yollarda avtomobillərin hərəkəti dayandırılıb.

Gürcüstan Regional İnkişaf Nazirliyinin Avtomobil Yolları Departamenti yollarda yaranmış problemlər və təhlükə barədə sürücülərə müraciət edib.

Bildirilir ki, qar və uçqun
təhlükəsi ilə əlaqədar beynəlxalq əhəmiyyətli Kutaisi -Tsxaltubo-Tsageri-Lentexi-Lasdili, eləcə də Zuqduqi-Cvara-Mestiya-Lasdili avtomobil yolunda bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.

Bəzi yollarda isə məhdudiyyətlər gecə saatlarında tətbiq olunacaq.

Mənbə: azertac.az
Print ელ. ფოსტა
თეგები: Gürcüstan
FaceBook Twitter Google