Gürcüstanda yeni Müdafiə Məcəlləsi hazırlanır
Gürcüstanda silahlı qüvvələrin inkişafı və daha da möhkəmlənməsi üçün yeni Müdafiə Məcəlləsi hazırlanır.

Layihə Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin təşəbbüsü ilə hazırlanıb.

Oktyabrın 21-də hökumət administrasiyasında Baş nazir İ.Qaribaşvili, müdafiə naziri Cuanşer Burçuladze və nazirliyin digər rəhbərləri ilə işgüzar görüş keçirib.

Görüşdə yeni müdafiə məcəlləsinin layihəsi müzakirə edilib.

Bildirilib ki, yeni müdafiə məcəlləsinin layihəsində digər prioritetlərlə yanaşı, çağırış və ehtiyat sistemlərinin müasirləşdirilməsi, əsgərlərin sosial şəraitinin daha da yaxşılaşdırılması nəzərdə tutulur.

Çağırış və ehtiyat sistemləri modernləşdirildikdən sonra Müdafiə Nazirliyinin idarəçiliyinə yeni yanaşma formalaşacaq. Çağırışçıların tamamilə yeni, çevik sistemi yaradılacaq.

Yeni Müdafiə Məcəlləsinin layihəsi ilin sonuna kimi təsdiq üçün Gürcüstan parlamentinə təqdim olunacaq.

İ.Qaribaşvili qeyd edib ki, əsgərlər üçün layiqli şəraitin yaradılması və onlara sosial təminat verilməsi hökumətin prioritet vəzifəsidir. Bildirilib ki, yeni məcəllə əsgərlər üçün yaşayış mənzillərinin verilməsini və sosial təminatların qanunla tənzimlənməsini nəzərdə tutur.

Hökumət başçısının sözlərinə görə, Müdafiə Nazirliyinin büdcəsi xeyli artır və bu, 2022-ci ildə əldə edilmiş ikirəqəmli iqtisadi artım sayəsində mümkün olub.

Bildirilib ki, “Ordu şəhəri”nin tikintisi bir neçə aya başa çatdırılacaq, 1000-dən çox əsgər yaşayış evi ilə təmin olunacaq və bu proqram gələcəkdə də davam etdiriləcək.

Mənbə: azertac.az
Print ელ. ფოსტა
თეგები: Gürcüstan Müdafiə Məcəlləsi
FaceBook Twitter Google