Türkiyədə Gürcüstan kapitallı şirkətlərin sayı keçən ilə nəzərən artıb
2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyədə Gürcüstan kapitalı ilə 29 şirkət qeydiyyata alınıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 8 şirkət çoxdur.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Gürcüstan şirkətlərinin sayı ilə bərabər, onların ümumi kapıtalıda artıb.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Gürcüstan şirkətlərinin məcmu kapitalı 16,7 milyon türk lirəsi olduğu halda, 2021-ci ilin eyni dövründə bu rəqəm 8 milyon türk lirəsi təşkil edib”, - deyə TOBB-dan bildirilib.

TOBB-dan o da qeyd olunub ki, 2022-ci ilin yanvar-sentyabr aylarında Gürcüstan şirkətlərinin əksəriyyəti İstanbulda (23) qeydiyyata alınıb.

“İstanbulda qeydiyatdan keçən Gürcüstan şirkətlərinin ümumi kapitalı 6,3 milyon türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildiriblər.

Qeyd olunub ki, 2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyədə Gürcüstan kapitalı ilə 2 ixracat, 17 topdan və pərakəndə ticarət şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.

Mənbə: trend.az
Print ელ. ფოსტა
თეგები: Gürcüstan Türkiyədə
FaceBook Twitter Google