İlham Əliyevin Gürcüstana səfəri başlayıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanda işgüzar səfəri başlayıb.

Şota Rustaveli adına Tbilisi Beynəlxalq Hava Limanında İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilib.

Azərbaycan Prezidentini hava limanında xarici işlər naziri İlia Darçiaşvili, Gürcüstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataridze və Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev qarşılayıblar.

Səfər çərçivəsində İrakli Qaribaşvilinin İlham Əliyevlə təkbətək görüşü planlaşdırılır, bundan sonra Gürcüstanın Baş naziri və Azərbaycan Respublikasının Prezidenti KİV-ə birgə bəyanatlarla çıxış edəcəklər.

İlham Əliyev Gürcüstanın hökumət nümayəndə heyəti ilə səfər edib.


Mənbə: Birinci Kanal
Print ელ. ფოსტა
თეგები: Azərbaycan Gürcüstan
FaceBook Twitter Google