Rustavidə restoran cərimələnib
Rustavidə bir restoran həddindən artıq səs-küyə görə cərimələnib.

Bələdiyyədən “İnfo Rustav”a verilən məlumata görə, axşam saat 23:00-dan sonra qida obyektlərində musiqi yüksək səslə açıldığı üçün məhəllədə yaşayan vətəndaşlar şikayət edərək, bələdiyyədən kömək istəyiblər.

İctimai iaşə obyekti qanunu pozduğuna görə 500 lari cərimə olunub. Qeyd edək ki, bu, qurumdan həddindən artıq səs-küylə bağlı ikinci hadisə idi.

Məlumat üçün bildirək ki, qanunvericilik ilk dəfə səs-küyə görə yalnız xəbərdarlıq edir və onun təkrarlanması halında fiziki şəxs 150 lari, hüquqi şəxs isə 500 lari məbləğində cərimə edilir.

Print ელ. ფოსტა
თეგები: Restoran Rustavi
FaceBook Twitter Google