Ordumuzun mövqeləri atəşə tutulub – Azərbaycan MN
Ordumuzun mövqeləri atəşə tutulub.

Bu barədə məlumatı Azərbaycanın Müdafiə Nazirliyi yayıb.

"Oktyabrın 24-ü saat 22:20-dən oktyabrın 25-i saat 01:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun İstisu, Zərkənd və Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun İstisu, Dəmirçidam, İstibulaq və Tovuz rayonunun Ağdam yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə
tutub",
– nazirliyin yaydığı məlumatda deyilir.

Azərbaycanın Müdafiə Nazirliyinin bəyanatına görə, Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Mənbə: report.az
Print ელ. ფოსტა
თეგები: atəş Azərbaycan Ermənistan
FaceBook Twitter Google