Marneulidə elektrik enerjisinin verilməsi dayandırılacaq
"Energo Pro Georgia" şirkəti tərəfindən həyata keçirilən elektrik şəbəkəsinin planlı bərpa işlərinə görə, 26 oktyabr tarixində Marneuli bələdiyyəsində elektrik enerjisinin verilməsində fasilələr yaranacaq.

Şirkətdən verilən məlumata görə, bu gün saat 10:45-dən 11:00-a kimi Marneuli
rayonunun Qızılhacılı, Yağılca məntəqəsi, Candar, Marabda və ətraf kəndlərində elektrik enerjisinin verilməsi müvəqqəti olaraq dayandırılacaq.

Bərpa işləri başa çatdıqdan sonra elektrik enerjisinin verilməsi bərpa olunacaq və həmişəki rejimdə veriləcək.

Mənbə: tv4.ge
Print ელ. ფოსტა
თეგები: Energo Pro Georgia şirkəti
FaceBook Twitter Google