Ukraynalı qaçqınlara yardım proqramının müddəti daha 6 ay uzadılıb – Zurab Azaraşvili
Gürcüstan hakimiyyəti Ukraynadan olan qaçqınların ehtiyaclarına 2,8 milyon lari (1 milyon ABŞ dollarından çox) xərcləyib.

Bu barədə Gürcüstanın səhiyyə naziri Zurab Azaraşvili hökumətin iclasından sonra keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, təxminən 1,8 milyon lari (647 000 ABŞ dollarından çox) ukraynalı qaçqınların sosial yardımına və mənzil kirayəsinə, respublika xəstəxanalarında müalicəsi üçün isə 800 min lariyə qədər (287 min dollardan çox) vəsait xərclənib. Nazir əlavə edib ki, ukraynalı qaçqınlara yardım proqramının müddəti daha 6 ay uzadılıb.

Oktyabrın əvvəlində Gürcüstan prezidenti Salome Zurabişvili hərbi əməliyyat başlayandan bəri respublikaya 30 minə yaxın ukraynalının gəldiyini bildirmişdi.

Mənbə: report.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google