Daxili İşlər Nazirliyi cinayətkarı 20 illik axtarışdan sonra saxlayıb
Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis İdarəsinin əməliyyat-axtarış bölməsinin əməkdaşları 2002-ci ildə törətdiyi cinayətə görə axtarışda olan şəxsi - 1975-ci il təvəllüdlü K.C. –nı saxlayıblar. O, ağırlaşdırıcı şəraitdə adam öldürməyə cəhdə görə axtarışa verilmişdi.

İstintaq müəyyən edib ki, 2002-ci il sentyabrın 4-də Çiatura şəhərinin Ninoşvili küçəsindəki meydanın yaxınlığında məhkum K.T. Q.T.-nin bədəninə 5 güllə xəsarəti yetirib, onun əlbir olan K.V isə C.Z-ni yaralayıb, bundan sonra hər iki şəxs hadisə yerindən qaçıb.

Yaralı Q.T. tibb müəssisəsinə yerləşdirilib, müvafiq müalicə aparılıb və C.Z. ertəsi gün xəstəxanada dünyasını dəyişib.

K.V. –nı polis 2004-cü ildə saxlayıb.

2002-ci ildə İmereti, Raça-Leçxumi və Kvemo Svaneti polis idarəsinin Çiaturi rayon şöbəsinin icraatında məhkəmə K.C-yə qarşı cinayət işi üzrə təqsirli hökm çıxarıb.

Saxlanılan K.C. cəzaçəkmə müəssisəsinə köçürülüb.

Mənbə: Netgazeti

Print ელ. ფოსტა
თეგები: cinayət Daxili İşlər Naziri
FaceBook Twitter Google