Marneuli şəhərində və kəndlərində elektrik enerjisinin verilməsi dayandırılacaq
"Energo Pro Georgia" şirkəti tərəfindən həyata keçirilən elektrik şəbəkəsinin planlı bərpa işlərinə görə, 27 oktyabr tarixində Marneuli bələdiyyəsində elektrik enerjisinin verilməsində fasilələr yaranacaq.

Şirkətdən verilən məlumata görə, bu gün saat 10:30-dan 19:00-a kimi Marneuli şəhərinin Qamsaxurdiya, Rustaveli, 26 may, Sulxan-Saba, Çolokaşvili, Puşkin, Çavçavadze, Leselidze, Ayvaz Həsənov, Jordaniya, Tabidze, Dimitrov, Ağmaşenebeli, Merab Kostava, Yağılca qəsəbəsi, Nikoloz Musxelişvili, Sayatnova
və ətraf küçələrdə
elektrik enerjisinin verilməsi müvəqqəti olaraq dayandırılacaq.

Bundan başqa 13:00-dan 14:30-a kimi bələdiyyənin Sadaxlı, Şaumiyan, Qaçağan, Ağməmmədli, Qasımlı, Keşəli, Sabirkənd, Alget, Tsereteli, Təkəli, Aşağı Saral, Dəmiyə və ətraf kəndlərdə də elektrik verilişi olmayacaq.

Bərpa işləri başa çatdıqdan sonra elektrik enerjisinin verilməsi bərpa olunacaq və həmişəki rejimdə veriləcək.

Mənbə: tv4.ge
Print ელ. ფოსტა
თეგები: Energo Pro Georgia
FaceBook Twitter Google