İki qoşqu toqquşub, onlardan biri aşıb
Tbilisi dolama yolunda, Norio yaxınlığında yol qəzası baş verib.

“İnfo Rustavi” informasiya agentliyinin məlumatına görə, iki qoşqu bir-biri ilə toqquşub, sonra onlardan biri aşıb.

Qəza zamanı 2 nəfər xəsarət alıb.

Hadisə yerinə patrul və təcili yardım briqadaları səfərbər olunub.

Qəza nəticəsində nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb və tıxac yaranıb.

Print ელ. ფოსტა
თეგები: Qəza Tbilisi
FaceBook Twitter Google