Deputat İrakli Xaxubianın ölümü ilə bağlı cinayət işi başlayıb
Gürcüstan parlamentinin hakim "Gürcü Arzusu" partiyasından olan deputatı İrakli Xaxubianın qəfil ölümü ilə bağlı detallar açıqlanıb.

Deputatın ölümü ilə əlaqədar Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) Cinayət Məcəlləsinin 115-ci (intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başladıb.

Məlumata görə, deputatın meyiti bu gün səhər ailə üzvləri tərəfindən tapılıb. Hadisə yerində, həmçinin odlu silah aşkarlanıb.

Deputatın meyiti tibbi-ekspertizaya göndərilib və evi sarı lentlə əhatəyə alınıb.

Mənbə: apa.az
Print ელ. ფოსტა
თეგები: Deputat Gürcü Arzusu ölüm
FaceBook Twitter Google