Gürcüstan ordusunda yeni komandanlıq yaradılacaq
Gürcüstan Müdafiə Nazirliyi kibertəhlükəsizlik komandanlığı təsis etməyi planlaşdırır.

Bu barədə bu gün nazirliyin mətbuat xidməti bildirib.

Qeyd olunur ki, yeni komandanlıq Gürcüstan Silahlı Qüvvələrinin strukturuna daxil olacaq.

Hazırda Gürcüstanda Müdafiə Nazirliyinin tərkibində kibertəhlükəsizlik bürosu fəaliyyət göstərir. Bu qurum 2014-cü ilin fevralında yaradılıb.

Mənbə: trend.az
Print ელ. ფოსტა
თეგები: Gürcüstan kibertəhlükəsizlik Ordu
FaceBook Twitter Google