Bu ilin üçüncü rübündə Gürcüstanda 125 xarici ölkə vətəndaşına
humanitar status verilib ki, onlardan da 103-ü Ukrayna
vətəndaşıdır.
O cümlədən, Daxili İşlər Nazirliyinin statistik məlumatlarına
əsasən, üç ay ərzində (iyul, avqust, sentyabr) Gürcüstanda
humanitar status almış şəxslərdən 9-u Əfqanıstan vətəndaşlarıdır; 3
- Rusiya; 2 - Yəmən; 1 - Misir; 1 - Suriya, 1 - Somali.
Qeyd olunan dövr ərzində 1-i İran vətəndaşı, 2-si isə şəxsiyyəti
məlum olmayan vətəndaş olmaqla ümumilikdə 3 xarici ölkə vətəndaşı
qaçqın statusu alıb.
Həmin dövrdə 157 xarici ölkə vətəndaşına status almaqdan imtina
edilib. Onların əksəriyyəti, 73 nəfəri İran vətəndaşıdır; Rusiya 2;
Türkiyə 19; 10 İraq; 7 Misir; 11 İordaniya; 9 Nigeriya.
İyul-sentyabr aylarında ümumilikdə 307 xarici ölkə vətəndaşı
sığınacaq axtaran şəxs kimi qeydiyyata alınıb, onlardan ən çoxu -
87 nəfər Ukrayna vətəndaşıdır. Qeydiyyata alınmış sığınacaq
axtaranlardan 50-si Türkiyədəndir; İran - 44, Rusiya - 31;
Banqladeş - 14; İordaniya - 11; Əfqanıstan - 8 vətəndaş.
Üç ayda Gürcüstandan 34 başqa ölkə vətəndaşı çıxarılıb. Onların
vətəndaşlığa görə bölgüsü belədir: İran 9; Türkiyə 8; Azərbaycan 4;
Rusiya 1; Ukrayna 1.
Həmin dövrdə müvəqqəti yerləşdirmə mərkəzində 20 xarici ölkə
vətəndaşı yerləşdirilmişdir: Azərbaycan - 4; Türkiyə - 7; Hindistan
- 2, Rusiya - 1.
Məlumat üçün bildirək ki, humanitar status Gürcüstan vətəndaşı
olmayan və ya Gürcüstanda daimi yaşayan vətəndaşlığı olmayan,
qaçqın statusunun verilməsi şərtlərinə cavab verməyən şəxsə
verilir.
Qaçqın statusu Gürcüstan vətəndaşı olmayan və ya Gürcüstanda daimi
yaşayan vətəndaşlığı olmayan şəxsə, Gürcüstanda olan, irqi, dini,
məzhəbi, milli mənsubiyyətinə görə təqiblərə məruz qala
biləcəyindən əsaslı qorxusu olan şəxsə verilir.