4 nəfər kompüter sistemlərinə icazəsiz giriş və oğurluq ittihamı ilə saxlanılıb
Polis 4 nəfəri maddi səmərə əldə etmək məqsədilə kompüter sisteminə icazəsiz daxil olmaq və külli miqdarda oğurluq etmək ittihamı ilə saxlayıb.


Daxili İşlər Nazirliyinin Tbilisi Polis İdarəsinin Baş İstintaq Bölməsinin əməkdaşları hakimin qərarı ilə həyata keçirdikləri əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində 4 nəfər - 1971-ci il təvəllüdlü M.İ., 1984-cü il təvəllüdlü L.Ç. , 1983-cü il təvəllüdlü M.Q. və 2002-ci il təvəllüdlü S.Q.-nı saxlayıb.

Daxili İşlər Nazirliyindən bm.ge-yə verilən məlumata görə, onlar kompüter sisteminə icazəsiz daxil olmaqda və maddi mənfəət əldə etmək məqsədilə külli miqdarda pul oğurlamaqda ittiham olunurlar. Cinayət 6 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

“İstintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxslər maddi mənfəət əldə etmək məqsədilə vətəndaşları aldadaraq onların bank hesablarına icazəsiz öz mobil telefonları vasitəsilə daxil olub, həmin şəxslərdən külli miqdarda pul vəsaitini şəxsi hesablarına köçürüblər.

İstintaqın hazırkı mərhələsində zərərçəkmişlərə dəymiş ziyanın 100.000 lari keçdiyi müəyyən edilir.

Mənbə: BM


Print ელ. ფოსტა
თეგები: Daxili İşlər Nazirliyi Polis
FaceBook Twitter Google