Rustavidə yol-nəqliyyat hadisəsi nəticəsində 4 yaşlı uşaq həyatını itirib
Rustavidə qəza qurbanla nəticələnib.

“İnfo Rustavi”nin  verdiyi məlumata görə, bələdiyyə avtobusu 4 yaşlı uşağı vurub və o, yerindəcə həyatını itirib.

Məlumata görə, uşaq Qardabaniyə, “Geo Hospital” klinikasına aparılıb.

Növbətçi həkimin sözlərinə görə, uşaq klinikaya daxil olanda artıq ölmüş olub.

Faktla bağlı araşdırmalara başlanılıb.

Mənbə: Netgazeti

Print ელ. ფოსტა
თეგები: Hadisə Qardabani Rustavi Uşaq
FaceBook Twitter Google