İşğalçılar Mecvrisxevi yaxınlığında 3 Gürcüstan vətəndaşını saxlayıblar- DTX
Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına görə, noyabrın 1-də Rusiya işğalçı qüvvələrinin nümayəndələri Qori bələdiyyəsinin Mecvrisxevi kəndi yaxınlığında üç Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar.

Agentlikdən verilən məlumata görə, qanunsuz saxlanma barədə məlumat daxil olan Dövlət Təhlükəsizliyi Xidməti Avropa İttifaqının monitorinq missiyası vasitəsilə fəaliyyət göstərən “qaynar xətt”i işə salıb. Hadisə ilə bağlı məlumat dərhal beynəlxalq tərəfdaşlara və Cenevrədəki beynəlxalq müzakirələrin həmsədrlərinə çatdırılıb. Gürcüstanın Mərkəzi Hökuməti qeyri-qanuni saxlanılan şəxslərin qısa müddətdə azad edilməsi üçün bütün mövcud mexanizmləri işə salıb.

“Qeyri-qanuni həbslərin zərərli praktikası əsas azad hərəkət hüququnu məhdudlaşdırır, yerlərdə təhlükəsizlik mühitini əhəmiyyətli dərəcədə pisləşdirir və regionda sabitliyi təhdid edir. Gürcüstanın işğal olunmuş ərazilərində, eləcə də işğal xəttinə yaxın ərazilərdə törədilən dağıdıcı hərəkətlərə görə məsuliyyət işğalçı dövlətin üzərinə düşür”,
- DTX bildirib.
Mənbə: Netgazeti

Print ელ. ფოსტა
თეგები: Avropa DTX Qori
FaceBook Twitter Google