“Sizin sevimli “Formula”nız necədir? Prezident susur” – Zurabişvili
Prezident Salome Zurabişvili “Mtavari” kanalının yaradıcısı Nika Qvaramianı əfv etmək niyyətində olub-olmadığını hələlik açıqlamayıb.

Noyabrın 2-də apellyasiya məhkəməsi Qvaramianın cəzasını ağırlaşdıraraq ona 3 il 6 ay həbs cəzası verib.

Noyabrın 3-də küçədə prezident Zurabişvili maşınına tərəf gedərkən “Formula” televiziya şirkətinin jurnalisti Qvaramianı əfv edib-etməyəcəyini soruşub.

"Sabahınız xeyir. Sizin sevimli “Formula”nız necədir?.. prezident susur”,
- deyə Salome
Zurabişvili cavab verib.

Tbilisi Apellyasiya Məhkəməsi “Mtavari” kanalının təsisçisi Nika Qvaramianı həbsdə saxlayıb.

Hakimlər Merab Zorbenadze, Lavrenti Maqlakelidze və Davit Mamiseişvili Qvaramianın apellyasiya şikayətinə baxıblar.

Hakim Merab Zorbenadze qərarı noyabrın 2-də, saat 11:10-da elan edib.

Apellyasiya məhkəməsinin qərarından sonra bir sıra siyasətçilər və təşkilatlar prezident Salome Zurabişvilini Nika Qvaramianı əfv etməyə çağırıb.

İyunun 2-də Qvaramia yeni həbs olunanda prezident məhkəmənin qərarını dəyərləndirə bilməyəcəyini, baxmayaraq ki, bunun “siyasi baxımdan vaxtsız olduğunu” deyib.

Noyabrın 2-də “Gürcü arzusu”nun sədri İrakli Kobaxidze bildirib ki, prezident Qvaramianı əfv etsə, “bu, prezident institutuna təhqir olacaq”.



Mənbə: Netgazeti

Print ელ. ფოსტა
თეგები: Nika Qvaramia Salome Zurabişvili
FaceBook Twitter Google