Marneulidə, aerodrom yaxınlığında minik və yük maşını toqquşub
Bu gün, 4 noyabr tarixində saat 12:30 radələrində Marneulidə, aerodrom yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza zamanı Gürcüstan dövlət nömrə nişanlı "VAZ 21-07" markalı avtomobillə Ermənistan dövlət nömrə nişanlı yük maşını toqquşub.

24News.ge-nin yazdığına görə, qəza zamanı "VAZ 21-07" markalı avtomobilin sürücüsü xəsarət alıb. O, təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparılıb.

Hadisə yerinə polis cəlb olunub. Araşdırma aparılır.

Print ელ. ფოსტა
თეგები: Marneuli Polis Qəza
FaceBook Twitter Google
მსგავსი სიახლეები