İşğal olunmuş Abxaziyada Gürcüstan vətəndaşı qanunsuz saxlanılıb - DTX
Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, işğal olunmuş Abxaziyanın işğalçı rejiminin nümayəndələri Gürcüstan vətəndaşı, Qali sakini A.T.-ni qanunsuz olaraq həbs ediblər.


Agentlik bildirir ki, “Qaynar xətt”in paylaşdığı məlumata görə, qanunsuz olaraq saxlanılan şəxs narkotik maddələr almaq və saxlamaqda ittiham olunur.

“Paylaşılan məlumata görə, qanunsuz saxlanılma A.T-nin daimi yaşadığı işğal olunmuş ərazidə baş verib. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən dərhal “qaynar xətt” aktivləşdirilib və A.T-nin qanunsuz saxlanılması barədə məlumat Avropa İttifaqının Monitorinq Missiyasına və Cenevrədə keçirilən beynəlxalq müzakirələrin həmsədrlərinə çatdırılıb.

Gürcüstan vətəndaşının qanunsuz həbsdən azad edilməsi üçün bütün mövcud mexanizmlər işə salınıb və iş aparılır. İşğal rejimi tərəfindən həyata keçirilən son dərəcə dağıdıcı qeyri-qanuni həbs praktikası yerli əhalinin gündəlik həyatını çətinləşdirir və təhlükəsizlik mühitinə xeyli ziyan vurur. İşğalçı qüvvələr tərəfindən həyata keçirilən bütün həbslər qanunsuzdur və buna görə tam məsuliyyəti işğalçı qüvvə daşıyır",
- məlumatda deyilir.

Mənbə: Publika

Print ელ. ფოსტა
FaceBook Twitter Google