Marneuli bələdiyyə meriyası 4 vəzifəyə vakansiya elan edib.
Yerli özünüidarə daxili müasbiqə qaydası ilə bir, açıq müsabiqə
qaydası ilə üç əməkdaş axtarır. Səhiyyə, Sosial Müdafiə, Uşaq
Hüquqlarının Müdafiəsi və Dəstəkgöstərmə Şöbəsində birinci
kateqoriya baş mütəxəssis vəzifəsinə daxili müsabiqə elan olunub.
Həmin vəzifəyə görə əməkhaqqı 1870 lari müəyyən edilib.
Funksiyalar:
- Xidmətə gələn vətəndaşların ərizələrinin müzakirəsi və
ərizənin qane edildiyi halda sərəncamın və ya zəmanət məktubu
layihəsinin hazırlanması
- Tibb və əczaşılıq müəssisələri ilə təqdim-təhvil,
qarşılıqlı müqayisə aktları layihəsinin hazırlanması, onların
yoxlayışı əsasında fərdi-inzibati hüquqi akt layihəsinin
hazırlanması
- Rəhbərin yazılı tapşırığı əsasında müvafiq
komissiyalarda və işçi qruplarında iştirak etmək
- İllik hesabatın hazırlanması və rəhbər şəxsə təqdim
edilməsi
- Rəhbər şəxsin ayrıca tapşırıqlarını yerinə
yetirmək.
Meriyada açıq müsabiqə qaydası ilə elan edilmiş vakant
vəzifələr:
1) Səhiyyə, Sosial Müdafiə, Uşaq Hüquqlarının Müdafiəsi və
Dəstək Göstərmə Şöbəsinin birinci kateqoriyalı baş mütəxəssisi,
əməkhaqqı – 1540 lari
2) Maddi-Texniki Təminat Şöbəsinin birinci kateqoriyalı baş
mütəxəssisi, əməkhaqqı – 1540 lari
3) İnfrastruktur tikintisi və İnkişaf Prosesinin Analizi,
Monitorinq Şöbəsinin birinci kateqoriyalı baş mütəxəssisi,
əməkhaqqı – 1540 lari
Qeyd olunan vəzifələrə indiki mərhələdə 17 nəfər müraciət edib.
Müraciətlərin son qəbul vaxtı 6 noyabr tarixidir. Komissiya yekun
qərarı səs çoxluğu əsasında qəbul edəcək. Qərar müraciətlərin
təqdim edilməsi müddətinin başa çatmasından 3 ay müddətində qəbul
olunacaq.