Tbilisidə Azərbaycanın Xalq artisti, görkəmli bəstəkar Tofiq Quliyevin 105 illik yubileyi qeyd olunub
Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Mərkəzində Azərbaycanın Xalq artisti, görkəmli bəstəkar Tofiq Quliyevin 105 illik yubileyi qeyd edilib.

Yubiley münasibətilə muzeydə maraqlı konsert proqramı təqdim olunub.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, gürcü və azərbaycanlı ictimaiyyət nümayəndələri, musiqiçilər və gənclər iştirak ediblər.

Muzeyin əməkdaşı Leyla Əliyeva tədbiri açaraq Tofiq Quliyevin həyat və yaradıcılığı barədə məlumat verib.

Sonra Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Anar Rəsulov Xalq artistinin yaradıcılığında Vətənə, xalqa sevginin tərənnüm olunmasından danışıb. Bildirib ki, Tofiq Quliyevin 105 illik yubileyinin Tbilisidə də qeyd olunması Azərbaycan ilə Gürcüstan arasındakı mədəni əlaqələrin yüksək səviyyədə olduğunu sübut edir.

Sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Tofiq Quliyevin 80 illik yubileyində bəstəkar haqqında söylədiyi fikirlərin lent yazısı nümayiş etdirilib.

Xatirə gecəsində azərbaycanlı və gürcü incəsənət nümayəndələri Xalq artistinin mahnılarını və bəstələrini ifa ediblər.

Tədbir çərçivəsində tamaşaçılara “Vals” rəqsi təqdim olunub.

Konsertin ikinci hissəsində 8 Noyabr – Zəfər Günü münasibətilə vətənpərvərlik mövzusunda mahnılar ifa olunub.

Mənbə: azertac.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google