Sosial şəbəkələrdə Naxçıvanla bağlı təxribat xarakterli məlumatlar yayımlanır – Azərbaycan DTX
Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti ölkənin Naxçıvan bölgəsində vəziyyətlə bağlı sosial şəbəkələrdə yayılan “təxribat xarakterli” məlumatlarla bağlı araşdırmaya başlayıb. Bu barədə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin bazar ertəsi, noyabrın 7-də yaydığı məlumatda deyilir.

Söhbət Youtube-da “İran Naxçıvan Xalq Hərəkatı” adından yayilan “müraciətdən” gedir.

Sujetdə deyilir ki quya Naxçıvan sakinləri “Naxçıvan hakimiyyətinin günahı ucbatından ciddi çətinliklər yaşayır və bu səbəbdən” onlar könüllü olaraq İrana qoşulmaq və İran ordusunu Naxçıvanda yerləşdirmək istəyirlər.

Dövlət Təhlükəsizliyi Xidməti hesab edir ki, “belə bir təxribat Azərbaycana qarşı düşmən mövqe tutan məlum dairələr tərəfindən yayılır”.

Qeyd edək ki, bu süjeti Azərbaycana qarşı açıq düşmənçilik mövqeyi tutan İranın Səhər TV telekanalı dərhal nümayiş etdirib.

Mənbə: turan.az
Print ელ. ფოსტა
თეგები: Azərbaycan DTX İran Naxçıvan
FaceBook Twitter Google