“Sarpi” və “Qırmızı Körpü”də külli miqdarda bəyan edilməmiş qızıl və gümüş məmulatlarının ölkəyə gətirilməsi faktlarının qarşısı alınıb
Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin “Sarpi” və “Qırmızı Körpü” gömrük keçid məntəqələrində 3 qanun pozuntusunun qarşısı alınıb.

Gəlirlər Xidmətindən verilən məlumata görə, gömrük əməkdaşları tərəfindən müxtəlif ölkə vətəndaşlarının həm fiziki, həm də ona məxsus baqajlarına baxış nəticəsində şübhə əsasında bəyan edilməmiş qızıl (ümumi çəkisi 278,6 qram) və gümüş (çəki 2124,04 qram) qızıl-zinət əşyaları aşkar edilib.

“Deklarasiya edilməmiş malların ümumi gömrük dəyəri 27 833,03 lari təşkil edib. Gürcüstan Gömrük Məcəlləsinin 168-ci maddəsinin I hissəsinə uyğun olaraq, qanunu pozan E.M. və K.M.-nin və Rusiya Federasiyası vətəndaşı T.K.-ya sanksiyalar şəklində 9358,23 lari məbləğində pul cəriməsi tətbiq edilib. İşin materialları əlavə münasibət bildirilməsi üçün Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidmətinə təhvil verilib”,
- dərc olunan məlumatda qeyd olunur.

Mənbə: BPN

Print ელ. ფოსტა
FaceBook Twitter Google