Gürcüstana ən çox ziyarətçi gələn 15 ölkə - səfərlər 125,9% artıb
Bu ilin oktyabr ayında Gürcüstana 498 477 beynəlxalq səyahətçi səfər edib. Bunlardan digər səfərlər (qeyri-turizm) 55 874, beynəlxalq ziyarətçilər tərəfindən edilən səfərlər isə 442 603 olub. Bu barədə Milli Turizm Administrasiyası məlumat yayıb.

Qeyd edək ki, administrasiyanın məlumatına görə, bu ilin oktyabr ayında beynəlxalq səyahətçilərin səfərləri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 125,9%, 2020-ci ilin oktyabr ayı ilə müqayisədə 858,3% artıb və bu, pandemiyadan əvvəl 2019-cu ilin oktyabr göstəricisindən 36,3% azdır.

2022-ci ilin oktyabr ayında beynəlxalq ziyarətçilərin etdiyi səfərlərə əsasən, ilk 15 ölkə belə görünür:
  • • Rusiya - 109 158 ziyarətçi;
  • • Türkiyə - 81 033 ziyarətçi;
  • • Ermənistan - 72 877 ziyarətçi;
  • • Gürcüstan (qeyri-rezident) – 28 305 ziyarətçi;
  • • İsrail - 23 761 ziyarətçi;
  • • Ukrayna - 15 133 ziyarətçi;
  • • Azərbaycan - 13 719 ziyarətçi;
  • • Qazaxıstan - 9461 ziyarətçi;
  • • Belarus - 9066 ziyarətçi;
  • • İran - 8012 ziyarətçi;
  • • Almaniya - 5679 ziyarətçi;
  • • Polşa - 5269 ziyarətçi;
  • • Səudiyyə Ərəbistanı - 5004 ziyarətçi;
  • • Tayland - 4474 ziyarətçi;
  • • Hindistan - 4219 ziyarətçi.

Mənbə: BPN
Print ელ. ფოსტა
თეგები: Gürcüstan Turist
FaceBook Twitter Google