Marneulidə bu gün və həftə sonu hava necə olacaq
Bu gün, 11 noyabr tarixində Marneuli ərazisdə hava əsasən parçalı buludlu keçəcəyi gözlənilir. Sinoptiklərin məlumatına görə, gecə saatlarında bələdiyyədə parçalı buludlu hava müşahidə ediləcək. Gün ərzində Marneulidə ərazisində mülayim şimal-şərq, şimal küləyi əsəcək.

Havanın temperaturu gecə +4 dərəcə, gündüz isə +14 dərəcə isti olacaq.

Şənbə və bazar günləri Marneuli ərazisində günəşli hava höküm sürəcək. Noyabrın 12-də Marneuli ərazisində havanın temperatur gündüz +16, gecə isə +2 dərəcə isti olacaq. 13 noyabrda isə Bələdiyyədə gündüz günəşli hava olacağı gözlənilir. Havanın temperaturu isə gündüz +18, gecə isə +5 dərəcə isti qeydə alınacaq.


Print ელ. ფოსტა
FaceBook Twitter Google