Xarici İşlər Nazirliyi - İstanbulda baş verən partlayış zamanı Gürcüstan vətəndaşlarının xəsarət alması ilə bağlı Baş Konsulluğa bildiriş daxil olmayıb
Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, İstanbulda baş verən partlayış zamanı Gürcüstan vətəndaşlarının xəsarət alması ilə bağlı Baş Konsulluğa heç bir bildiriş daxil olmayıb.

“Məlumatlara görə, Gürcüstanın İstanbuldakı Baş Konsulluğuna Gürcüstan vətəndaşları ilə bağlı rəsmi bildiriş daxil olmayıb. Konsulluq yerli hüquq-mühafizə orqanlarının əməkdaşları ilə daim əlaqə saxlayır”,
- Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Partlayış bu gün İstanbulun mərkəzində, İstiqlal küçəsində baş verib. İstanbul qubernatorunun sözlərinə görə, şəhərin mərkəzində baş verən partlayış nəticəsində 4 nəfər ölüb, 38 nəfər yaralanıb.
Mənbə: Birinci Kanal

Print ელ. ფოსტა
თეგები: Gürcüstan Xarici İşlər Naziri
FaceBook Twitter Google