Tbilisidə tullantılarla ətrafı çirkləndirdiyinə görə 2018-2022-ci illərdə 9573 fiziki və 954 hüquqi şəxs cərimələnib
2018-2022-ci illərdə paytaxt ərazisində tullantılarla ətraf mühitin çirkləndirilməsinə görə ümumilikdə 4 446 623 lari dəyərində cərimə yazılıb.

Tbilisi meriyasından “İPN”-nin tələb etdiyi ictimai məlumata cavab olaraq bildiriblər ki, yalnız 2022-ci ilin yanvarından oktyabra qədər Tbilisidə 1612 cərimə protokolu yazılıb. Buna əsasən də cərimələrin miqdarı 1 029 320 lari təşkil edib. Tbilisi meriyasının bələdiyyə müfəttişlliyi tərəfindən təqdim
edilmiş 2018-2021-ci illərin statistikasına əsasən, ümumilikdə, 9573 fiziki şəxs, 954 hüquqi şəxs cərimələnib. 10 624 protokol yazılıb, cərimələrin miqdarı ümumilikdə 3 417 303 lari təşkil edib.

Daha konkret olaraq, 2018-2021-ci illərdə, Tbilisidə məişət tullantıların atılmasına görə fiziki və hüquqi şəxslərə ümumilikdə 7 659 cərimə protokolu yazılıb. Tikinti tullantıları ilə çirkləndirməyə görə ümumilikdə 2915, təhlükəli tullantılarla ətraf mühiti çirkləndirməyə görə isə 50 protokol yazılıb. Cərimələrin məbləği 2018-21-ci illərdə 3 417 303 lari təşkil edib.

Bundan əlavə, İPN Tbilisi meriyasından fiziki və hüquqi şəxslər tərəfindən pozutuların təkrar olunma halları, eləcə də konkret hansı yerlərin çirkləndirilməsinə görə daha çox cərimə protokolu tərtib olunması, Tbilisi meriyasının müvafiq xidmətinin pozuntuları aşkarlayan halda nə qədər müddətdən bir yoxlayış aparmaq hüququnun olması barədə də məlumat tələb edib. Ancaq qurumdan verilmiş məlumata görə, bələdiyyədə belə statistika yoxdur.

Print ელ. ფოსტა
თეგები: Cərimə Paytaxt pul
FaceBook Twitter Google