Azərbaycandan Gürcüstana bu il 2 mlrd. kubmetrdən çox qaz ixrac olunub
Yanvar-oktyabr aylarında Azərbaycanda qaz ixracı 18,2% artıb, bu da illik müqayisədə 17,4% çoxdur.

Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov “Twitter“ hesabında paylaşım edib.

Paylaşımda qeyd olunur ki, hesabat dövründə Avropaya 9,3 mlrd. kubmetr, Türkiyəyə 6,9 mlrd. kubmetr, Gürcüstana isə 2 mlrd. kubmetr qaz ixrac olunub.

Xatırladaq ki, Bolqarıstanın "Bulgargaz" şirkəti "Şahdəniz-2" layihəsi çərçivəsində "Şahdəniz" konsorsiumu ilə ildə 1 mlrd. kubmetr qazın nəqli ilə bağlı müqavilə imzalayıb. Azərbaycan 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya qaz ixracına başlayıb. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır.

Mənbə: apa.az
Print ელ. ფოსტა
თეგები: Azərbaycan Gürcüstan İdxal İxrac qaz
FaceBook Twitter Google