Polşa və Gürcüstan yaxın gələcəkdə birgə pilotsuz uçuş aparatı
(PUA) istehsal edəcək.
Bu barədə Gürcüstan Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd
olunub.
Bildirilib ki, Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze
“Delta-Webe” Gürcüstan-Polşa şirkətinin pilotsuz uçuş aparatları
zavodunun tikintisi ilə tanış olub. Müdafiə naziri Burçuladze qeyd
edib ki, müəssisə yaxın vaxtlarda Gürcüstan istehsalı olan PUA-ları
istehsal edəcək.
“Delta-Webe” Gürcüstan-Polşa şirkəti Polşanın "WB Electronics"
şirkəti və Gürcüstanın "Delta" dövlət hərbi elmi-texniki mərkəzi
arasında imzalanmış müqavilə əsasında yaradılıb. Sözügedən
müəssisədə gürcü və polşalı mütəxəssislər pilotsuz uçuş
aparatlarının istehsalı mövzusunda birgə çalışacaqlar.
Nazirlik bildirib ki, mərkəzin peşəkar təlimatçıları Müdafiə
Qüvvələrinin müvafiq şəxsi heyətini də hazırlayacaqlar.