Marneuli Bələdiyyə Məclisində Rəhman Musayevi Vüsal Bayramov əvəz edib
Marneuli Bələdiyyə Məclisinin yeni üzvü Vüsal Bayramovdur. Bayramov bundan sonra keçmiş deputat Rəhman Musayevin səlahiyyətlərini icra edəcək. Qeyd olunan məsələ Bələdiyyə Məclisinin 14 noyabrda baş tutan iclasında qəbul edilib. Məsələni Bələdiyyə Məclisinin üzvü Vasil Xaxulaşvili müzakirəyə çıxarıb və qeyd edib ki, Bələdiyyə Məclisinin yeni üzvü partiya siyahısı ilə növbəti namizəd olub.

“Marneuli 22 saylı Dairə Seçki
Komissiyasının 2022-ci ilin 1 noyabr tarixinə olan məktubu ilə Seçki Komissiyasının sədrinin sərəncamı daxil olub. Sərəncama əsasən, Marneuli Bələdiyyə Məclisində “Gürcü Arzusu – Demokratik Gürcüstan”-nın partiya siyahısı ilə seçilmiş, Bələdiyyə Məclisindən çıxarılan üzvü Rəhman Musayevi əvəz etmək üçün həmin partiyanın partiya siyahısı ilə növbəti namizəd Vüsal Bayramovdur”,
– Xaxulaşvili qeyd edib.

20 oktyabr tarixində Marneuli Bələdiyyə Məclisi Rəhman Musayevin Bələdiyyə Məclisi üzvlüyü mandatını tərk etməsi ilə bağlı müraciət qəbul edib. Rəhman Musayev Marneuli Bələdiyyə Məclisində “Gürcü Arzusunu” təmsil edirdi. O, Bələdiyyə Məclisi üzvlüyü mandatını tərk etməklə bağlı sosial şəbəkədə onun şagirdlərə qarşı zorakılıq faktını əks etdirən kadrlar yayımlandıqdan sonra müraciət edib.

Rəhman Musayev Qırıxlı kənd ictimai məktəbinin gürcü dili müəllimi idi. 2 oktyabrda sosial şəbəkədə fotolar yayımalanmışdl. Fotolarda onun azyaşlı şagirdləri dərs prosesi zamanı dizi üstə qoyduğu görünür.

4-cü sinif şagirdlərinin dizi üstə qoyulması faktına Marneuli Təhsil Resurs Mərkəzindən münasibət bildirmişdilər. Qurumdan qeyd etmişdilər ki, onlar məktəbdə baş vermiş hadisəni qınayırlar.

Baş vermiş hadisəni Daxili İşlər Nazirliyi araşdırır. Nazirliyin mətbuat xidmətindən bildirdilər ki, Cinayət Məcəlləsinin 150-ci maddəsi ilə araşdırma aparılır. Həmin maddə zorakılığı nəzərdə tutur.

Print ელ. ფოსტა
FaceBook Twitter Google