Milli Statistika Xidməti Gürcüstana xarici səyahətçilərin statistika göstəricilərini yayımlayıb
Milli Statistika Xidməti Gürcüstana xarici səyahətçilərin statistika göstəricilərini yayımlayıb.

Statistika Xidmətinin məlumatına görə, 2022-ci ilin III rübündə səyahətçilərin ən böyük sayı, 443,6 min nəfər, Rusiya Federasiyasından qeydə alınıb. Bu səyahətçilərin ümumi sayının 27,7 faizini təşkil edir.

Onların məlumatına görə, 2022-ci ilin III rübündə Gürcüstan ərazisində beynəlxalq qeyri-rezident səyyahların 12,3 milyonun girişi qeydə alınıb. Bu isə ötən ilin müvafiq dövrünün göstəricisindən 2,8% azdır.

“Gəlirin əsas hissəsi, 42,9 faizi, 31-50 yaşlı səyyahlar tərəfindən həyata keçirilib. Qeyd olunandan beynəlxalq səfərlərin sayı 1,9 milyon təşkil edib, bu isə 2021-ci ilin analoji dövrünün göstəricisindən 2,6 dəfə artıqdır.

2022-ci ilin III rübündəbeynəlxalq səyyahların sayı 1,6 milyona çatıb. Bu isə ötən ilin müvafiq dövrə olan göstəricilərindən 2,5 dəfə artıqdır. Hesabat dövründə beynəlxalq səyyahlar tərəfindən 1,5 milyon turist tipli səfər həyata keçirilib, bu ötən ilin müvafiq dövrə olan göstəricisindən 2,2 dəfə artıqdır.

2021-2022-ci illərin III rüblərində beynəlxalq səyyahların 78,7 faizi yalnız turistlər olublar. Yalnız ekskursantların hissəsi 17,3 faiz təşkil edib. Səyyahların 4,0 faizi turist, eləcə də ekskursnat idi.

Statistika Xidmətinin məlumatına görə, 2022-ci ilin III rübündə səyahətçilərin ən böyük sayı, 443,6 min nəfər, Rusiya Federasiyasından qeydə alınıb. Bu səyahətçilərin ümumi sayının 27,7 faizini təşkil edir. İkinci yerdə 15,3%-lə Ermənistan, üçüncü yerdə isə 13,7% Türkiyə durur. Müvafiq olaraq, səyyahların ən böyük axını Rusiya Federasiyasının (533,2 min), Ermənistan (326,0 min) və Türkiyə (281,3 min) vətəndaşları tərəfindən həyata keçirilib.

Səyyahların əksəriyyəti, 47,3 faiz 31-50 yaşa qədər olan kateqoriyaya aiddir. Qadınların sayı ümumi səyyahların 44,9 faizini təşkil edirdi. 2022-ci ilin III rübündəən çox səfər (60,3 faiz) istirahət, əyləncə və dincəlmək məqsədi ilə həyata keçirilib. 2022-ci ilin III rübündə həyata keçirilmiş səfərlər zamanı xərclər 4,6 milyard lariyə bərabərdir. Səfərdə orta xərc 2 411,4 lari təşkil edib”- Statistika Xidmətinin yayımladığı məlumatda qeyd olunub.

Print ელ. ფოსტა
თეგები: Gürcüstan Statistika Xidməti
FaceBook Twitter Google