DTX 1 nəfəri saxlayıb
2022-ci il noyabrın 14-də Dövlət Təhlükəsizliyi Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində rüşvət alma faktı üzrə Ozurqeti bələdiyyə sədrinin nümayəndəsi Q. K. həbs olunub.

İstintaq müəyyən edib ki, 10 kubmetr taxta materialının saxta mənşə sertifikatı verməsi müqabilində Q. K vətəndaşdan rüşvət kimi 500 lari tələb edib.

Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinin birinci hissəsində nəzərdə tutulan və 6 ildən 9 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutan rüşvət alma faktı üzrə istintaq davam edir.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən araşdırma aparılır.


Print ელ. ფოსტა
FaceBook Twitter Google