“Mimino”, “Nar”, “Fotoqraf” – Şaumyanda küçələrin adlarını təsdiq ediblər
Şaumyan kəndindəki küçələrin adları təsdiq edilib. Bu barədə Bələdiyyə Məclisinin 14 noyabrda baş tutan iclasında məlum olub. Məsələni Adların Verilməsi Üzrə Komissiyanın üzvü İrine Maçaraşvili müzakirəyə çıxarıb. O, qeyd edib ki, onların Şaumyandakı küçələrə adların verilməsi üçün hökumət komissiyasından razılıqları var.

“İndiki mərhələdə Marneuli meriyasında fəaliyyət göstərən Adların Verilməsi Üzrə Komissiyası tərəfindən Şaumyan kənd küçələrinə adların verilməsi müzakirə olundu. Qanuna uyğun olaraq, ictimai xadimlərin, əhali qarşısında xidməti olan yerli sakinlərin adları seçildi. Əhali ilə aparılmış məsləhətləşmə əsasında bu məsələ Bələdiyyə Məclisinə müzakirəyə göndərildi. Bələdiyyə Məclisi tərəfindən isə məsələ İnfrastruktur Nazirliyinin Coğrafi Obyektlərin adlarının təyin edilməsi, normallaşdırma, istifadə, uçot və mühafizə məqsədi ilə coğrafi obyektlərin adlandırılması sahəsində fəaliyyət göstərən hökumət komissiyasının iclasına müzakirəyə göndərildi. Cari ilin 8 noyabr tarixində komissiyanın nəticəsi qəbul olundu. Nəticə bizim tərəfimizdən göndərilmiş adların Şaumyan küçələrinə verilməsinə icazə verir”, – İrine Maçaraşvili bildirdi və qeyd etdi ki, Şaumyanda küçələrin adlarının seçilməsi əhalinin razılığı ilə olub.

Bələdiyyədə Adların Verilməsi Komissiyasının üzvü küçələrə adların verilməsindən və bunun əhəmiyyətindən danışdı:
  • 1-ci küçə - Mixeil Cavaxişvili küçəsi (Bildiyiniz kimi, Mixeil Cavaxişvili Tserakvi kəndində yaşayırdı. Həmin küçə mərkəzi küçədir və əhali tərəfindən qərar qəbul edildi ki, Tserakvi kəndinə gedən mərkəzi küçəyə Mixeil Cavaxişvilinin adı verilsin)
  • 2-ci küçə - Əmək küçəsi
  • 3-cü küçə - Nağvaradze küçəsi (Bildiyiniz kimi, tarixi mənbələrdə Şaumyan kəndi Nağvarevi kimi xatırlanır. Ona görə də bu tarixi adın itməməsi və küçələrdən birinə bu adın verilməsi istəyi irəli sürüldü)
  • 4-cü küçə - Yetim Gürcü küçəsi (Bilirsiniz ki, o, Gürcüstanın çoxmillətliliyi barədə öz şeirlərində söhbət açır və kənd əhalisi tərəfindən Yetim Gürcü adının küçəyə verilməsi istəyi var idi)
  • 5-ci küçə - Qafqaz küçəsi
  • 6-cı küçə - Sayat Nova küçəsi (Bildiyiniz kimi, Sayat Nova gürcü, erməni və azərbaycan dillərində şeirlər yazan və II Ereklenin qapısında xidmət göstərən aşıq idi)
  • 7-ci küçə - Pinəçi küçəsi (Bu küçədə tanınmış pinəçi yaşayırmış və müvafiq olaraq əhali bu küçəyə onun adının verilməsini istədi)
  • 8-ci küçə – İakob Qoqebaşvili küçəsi
  • 9-ci küçə - Frunzik Mkrtçyan küçəsi
  • 10-cu küçə - Mimino küçəsi (Gürcü-erməni dostluğunu qeyd etmək üçün bu küçəyə tanınmış gürcü filmi – Miminonun adının verilməsini istəyirik)
  • 11-ci küçə - Nakalakari küçəsi
  • 12-ci küçə - Qədim məhəllə küçəsi
  • 13-cü küçə - Qevorq Mirzoyev küçəsi (Həmin şəxs Şaumyan kəndində yaşayırmış, həkim olub və yerli əhali üçün çox sayda yaxşı işlər görüb)
  • 14-cü küçə - Qia Romelaşvili küçəsi (Bildiyiniz kimi, Qia Romelaşvili 2008-ci ilin avqust müharibəsi zamanı qəhrəmancasına həlak oldu, onun adı Marneuli bələdiyyəsi ilə əlaqədardır, hörmət əlaməti olaraq biz istəyirik ki, onun adı küçəyə verilsin)
  • 15-ci küçə - Şuşanik küçəsi
  • 16-cı küçə - Samğebro küçəsi
  • 17-ci küçə - Armen Babacanyan küçəsi
  • 18-ci küçə - Tsiskvili küçəsi (Burada hələ bir əsr əvvəl dəyirman olub və ona görə, küçədə bu adı bərpa etmək istəyirik)
  • 19-cu küçə - Lore küçəsi
  • 20-cu küçə - Dostluq küçəsi
  • 21-ci küçə - Nodar Dumbadze küçəsi
  • 22-ci küçə - Fotoqraf küçəsi (burada fotoqraflardan biri yaşayırdı, yəqin bu ad çoxlarına tanışdır və simvolik olaraq istəyirik ki, onun xidmətini itirməyək)
  • 24-cü küçə - Pirosmanı küçəsi
  • 26-cı küçə - Marneuli küçəsi
  • 27-ci küçə - Tbilisi küçəsi
  • 28-ci küçə - Yerevan küçəsi
  • 29-cu küçə - Kutaisi küçəsi
  • 30-cu küçə - Nar küçəsi
  • 31-ci küçə -Ana Kalandadze küçəsi
  • 32-ci küçə - Serqo Paracanova küçəsi
  • 33-cü küçə - Aleksandre Melik Paşayev küçəsi
  • 35-ci küçə - Aleksandre Kazbeki küçəsi
  • 36-cı küçə - 9 aprel küçəsi
  • 37-ci küçə - Abxaziya küçəsi
  • 38-ci küçə - Qara Dəniz küçəsi
  • 39-cu küçə - Jiuli Şartava küçəsi
  • 40-cı küçə - Saba Ratiani küçəsi
  • 41-ci küçə - Meynə küçəsi
  • 42-ci küçə - Acarıstan küçəsi
  • 45-ci küçə - Yunkerlər küçəsi
  • 46-cı küçə - Axalşeni küçəsi
  • 47-ci küçə - Ovanes Tumanyan küçəsi
  • 50-ci küçə - 9 qardaş Xerxeulidze küçəsi
  • 51-ci küçə - Şindisi küçəsi
  • 52-ci küçə - Sulxan-Saba Orbeliani küçəsi
  • 53-cü küçə - Qiorqi Mazniaşvili küçəsi
  • 54-cü küçə - Krtsanisi küçəsi
  • 55-ci küçə - Didqori küçəsi
  • 56-cı küçə - Martkopi küçəsi
  • 57-ci küçə - Maçabela küçəsi
  • 58-ci küçə - Xiyaban küçəsi
  • 59-cu küçə - Rike küçəsi
  • 60-cı küçə - Ekvtime Takaişvili küçəsi
  • 61-ci küçə - Qaçqınlar məntəqəsidir və Liaxvi küçəsi adlandırmalıyıq. Simvolik olaraq qaçqın olduqları yerin adıdır və ümid edirəm ki, nə vaxtsa həmin əraziyə qayıdacaqlar.
İrine Maçraşvilinin sözlərinə görə, növbəti mərhələ lövhələrin hazırlanması və onların küçələrə vurulmasıdır.

Print ელ. ფოსტა
FaceBook Twitter Google