“Mülki Məşğulluq və Aktivizm Mərkəzi” üzvlərin qəbulunu elan edib
USAID-in proqramı olan “Birlik Müxtəliflikdədir” layihəsi çərçivəsində “Mülki Məşğulluq və Aktivizm Mərkəzi” (CEAC) yeni üzvlərin qəbuluna başlayır. Təşkilat bu barədə öz “Facebook” səhifəsində məlumat paylaşıb.

Təşkilat Marneulili gənclərin hansı halda layihəyə qoşula və təşkilatın üzvü ola biləcəkləri ilə bağlı şərtləri paylaşıb.

“Əgər 14-29 yaş arasındasınızsa, Marneuli bələdiyyəsində yaşayırsınızsa və maraqlı, maarifləndirici, əyləncəli-koqnitiv və innovativ fəaliyyətlərdə iştirak
etmək və ya gündəlik həyatınızı dəyişmək istəyirsinizsə, bizə qoşulun!”

Layihənin məqsədi gənclərin gücləndirilməsi, onların sosial və vətəndaş inteqrasiyası, müvafiq təlim və təhsil imkanlarının təmin edilməsi, gənclərin fəal və məsuliyyətli vətəndaş kimi formalaşmasına və inkişafına töhfə verəcək vətəndaş fəallığının təşviq edilməsini nəzərdə tutur.

Proqram çərçivəsində aşağıdakı əsas istiqamətlər nəzərdə tutulur:

Gənclər mərkəzinin iqtisadi inteqrasiyası – daha ətraflı məlumat almaq üçün linkə daxil olun.

Print ელ. ფოსტა
FaceBook Twitter Google