Gürcüstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə
naziri general-polkovnik Zakir Həsənov noyabrın 15-də Qori
şəhərindəki David Ağmaşenebeli Milli Müdafiə Akademiyasını ziyarət
edib.
Müdafiə naziri akademiyanın rektoru briqada generalı Mamia
Balaxadze ilə görüşüb. Görüşdə hərbi təhsil sahəsində qarşılıqlı
təcrübə mübadiləsi, eləcə də bu sahənin inkişaf perspektivləri
müzakirə olunub.
Sonra general-polkovnik Z.Həsənov akademiyanın “Şərəf kitabı”nı
imzalayıb.
Milli Müdafiə Akademiyası ilə tanışlıqdan sonra general-polkovnik
Z.Həsənov kursantların idman yarışını izləyib.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.