Sosial Ədalət Mərkəzi tolerantlıq günündə azlıqalrın hüquqi vəziyyətinə münasibət bildirib
Beynəlxalq tolerantlıq günü ilə əlaqədar Sosial Ədalət Mərkəzi Gürcüstanda yaşayan etnik və dini azlıqların hüquqi vəziyyətinə münasibət bildirib. Bu istiqamətdə daha ədalətli, bərabər siyasətin aparılması üçün Gürcüstan hakimiyyətini vaxtında addım atmağa çağırıb. Sosial Ədalət Mərkəzinin veb-səhifəsində yayımlanmış məlumata görə, son illərdə etnik və dini azlıqların hüquqi, sosial vəziyyəti yenə də əsaslı siyasi dəyişikliklərə, islahatlara səbəb olmayıb.

“Azlıqların siyasi iştirakı 2020-ci ilin seçkilərindən sonra ciddi şəkildə pisləşdi. Bu göstəricilərlər parlamentdə azlıqların nümayəndəsi yalnız 6 deputatdır. Ötən ilin göstəriciləri ilə müqayisədə bu ən aşağı göstəricidir. Etnik azlıqların siyasi iştirakı etnik azlıq qruplarının sıx məskunlaşdığı bələdiyyələrdə də aşağıdır. Dövlətin ali orqanları altında davamlı, demokratik və inklüziv məsləhət mexanizmləri fəaliyyət göstərmir. Onlar qeyri-dominant etnik qrupların qərar qəbuletmə prosesinə real təsir göstərmək imkanı yarada bilər. Kvemo Kartli və Kaxeti regionlarında azlıqların dilində xidmtə göstərmənin və yerli özünüidarə səviyyəsində inzibati fəaliyyətin nəzərə alınması hələ də problemdir. Azlıqların sıx məskunlaşdığı regionlarda klan və qeyri-formal idarəetmə təcrübələri ən ağır vəziyyətdədir (xüsusilə Cavaxetidə). Aydındır ki, institusional siyasət bu regionlara real demokratizasiyanı buraxmır. Gürcüstan dövlətinin Avropa Şurası Çərçivə Konvensiyası çərçivəsində azlıqların siyasi iştirakına dəstək olmaq üçün müsbət ölçülər götürmək öhdəliyi var və bu tövsiyə Avropa Şurasının üç silsilə qiymətləndirməsinə düşüb. Ancaq bu çağırışa baxmayaraq, hakimiyyət hələ də azlqıların siyasi iştirakını artırmaq üçün heç bir addım atmayıb”.

Mərkəzin bəyanatında deyilir ki, etnik azlıqların dövlət xidmətlərində işlə təmin edilməsi Gürcüstanda problem olara qalır. Ermənidilli və azərbaycandilli icmalar üçün keyfiyyətli təhsilin əlçatanlığı yenə problemlidir və bu həmin icmaların sosial təcridə, yoxsulluğa qurban verir. Etnik azlıq icmalarında demək olar məktəbəqədər təhsil müəssisələrinin əlçatanlığı 3 dəfə azdır. Ümumi təhsilin keyfiyyəti və müəllimlərin kvalifikasiyası, dərsliklərin standartı məsələsi yenə problemdir.

Sosial Ədalət Mərkəzinin bəyanatına tam şəkildə buradan baxa bilərsiniz: LİNKƏ DAXİL OLUN.

Print ელ. ფოსტა
FaceBook Twitter Google